Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:46

1 saata 21 qanun, Sumqayıtda pulsuz çörək və...


Mətbuat icmalı
Mətbuat icmalı
MİLLİ MƏCLİS 21 QANUNU 1 SAATA QƏBUL ETDİ

«Bizim Yol» qəzeti yazır ki, Milli Məclisin iyunun 24-də keçirilən iclasının gündəliyinə 21 məsələ daxil olsa da, deputatlar ildırım surəti ilə onları qəbul ediblər. Baxmayaraq ki, gündəliyə çıxarılan layihələrin əksəriyyəti ciddi ictimai əhəmiyyətə malik idi:

«Rüşvət almaq barədə vəd vermək cinayət məsuliyyəti oldu. Gündəliyin sonuncu məsələsi - Cinayət Məcəlləsinə edilən dəyişiklik Gülər Əhmədovanın narazılığına səbəb oldu. Yeni qanuna görə, rüşvət ittihamı daha da sərtləşdirilir. Təklif olunan variantda rüşvət almaq barədə vəd verməyə görə də məsuliyyət müəyyən edilir.

Bundan başqa, Azərbaycandakı hüquqi və fiziki şəxslərin başqa bir ölkədə bahalı hədiyyə və rüşvət verməsi də məsuliyyəti nəzərdə tutur.

G.Əhmədova isə bildirdi ki, bu, doğru addım deyil. Bir şirkət gedib başqa ölkədə hansısa yolla tenderi udursa və verdiyi hədiyyə həmin ölkənin qanununda rüşvət kimi nəzərdə tutulmursa, biz də buna göz yummalıyıq.

YAP-çı deputat Siyavuş Novruzov isə G.Əhmədovanın təklifinə qarşı çıxdı. S.Novruzov bu dəyişikliyi Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizəsi kimi dəyərləndirdi.

Bu məsələnin həllindən sonra müzakirəsiz bir neçə qanun da təsdiqləndi. Bununla da müzakirələrə yekun vuran spiker həmkarlarına uğurlu yay tətili arzuladı...».

HEYDƏR ƏLİYEV FONDU AZƏRBAYCANIN «EUROVISION» MÜSABİQƏSİNDƏ İŞTİRAKININ TƏŞƏBBÜSKARI OLUB

«Azərbaycan» qəzeti Brüsseldə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalının təqdim edilməsi, birinci xanımın tədbirdə çıxışına dair məqalə dərc edib. Bir sıra məsələlərə toxunan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva «Eurovision» mahnı müsabiqəsindən də danışıb:

«Heydər Əliyev Fondu Azərbaycanın «Eurovision» mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olmuşdur. Biz bu müsabiqədə yalnız dörd dəfə iştirak etmişik, buna baxmayaraq, Azərbaycan hər zaman müsabiqə liderləri arasında olmuşdu. Böyük fərəh hissi ilə qeyd edirik ki, gənc müğənnilərimiz «Eurovion-2011» qalibləri oldular. Mən bizi dəstəkləyən bütün avropalılara təşəkkürümü bildirmək istəyirəm…».

SUMQAYITDA HƏFTƏNİN BİRİNCİ GÜNLƏRİ ÇÖRƏK PULSUZDUR

«Azadlıq» qəzeti yazır ki, ölkənin ikinci ən böyük şəhərində marketlərin üzərinə yazılan bu sözlər rəqabət yox, əhalinin bərbad gündə yaşamasını göstərir:

«Sumqayıt şəhərindəki marketlərin bəzilərində həftənin müəyyən günləri çörək və ya duz pulsuz satılır. Bu iki məhsul qiymət baxımından baha olmasa da, əhalinin tələbat duyduğu ən aparıcı mallar sayılırlar.

Vəziyyətin bu hədə olması rəqabət amilindən daha çox, insanların maddi rifah halının bərbad olmasını göstərir. İqtidarın ağız dolusu «analoqu olmayan inkişaf» deməsinə baxmayaraq, durumun ciddiliyi odur ki, insanların rifahı günbəgün pisləşir. Bunu market sahibləri də bildirdiyindən qiymətləri aşağı salırlar…».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG