Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:53

Rəbiqə Nazimqızı. Kim bilir nə qədər qalır...




Kim bilir nə qədər qalır

Torpağı qucaqlamağa.

Quma, havaya köçməyə,

Yağış olub ağlamağa...



Mən də bilmirəm, birdənəm,

Hardadı Tanrının yeri.

Bilmirəm necə oxuyum

Ona yazdığım şeiri...



O da yaman qısqanc imiş,

istəmirdi biz görüşək...

Sənimi sevdi, mənimi –

necə soraqlayaq bilək.



Gizlədi səndən üzümü,

səsini qıymadı mənə.

Bir əlamət, bir işarə,

nişanə qoymadı mənə...



Özün tapdın, özün məni

özün tapdın əllərimi...



amma kim bilir nə qalır

Torpağı qucaqlamağa...

Quma, havaya köçməyə,

Yağış olub ağlamağa...



Əlimdən tutsan, birdənəm,

tutaram, saxlaram səni.

Sözdən kağıza köçürrəm,

kitaba bağlaram səni...

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG