Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:48

Passionari (Nəcəf Nəcəfov haqda)


«Azadlıq» qəzetinin təsisçisi və redaktoru Nəcəf Nəcəfov

«Azadlıq» qəzetinin təsisçisi və redaktoru Nəcəf Nəcəfov

Şahin Hacıyev (contact.az)

«ŞÜURUMUZUN TOTALİTAR YUXUSUNDAN OYANMASI»

İyunun 24-də 80-cı illərin sonlarında Azərbaycan milli hərəkatının liderlərindən biri, çağdaş Azərbaycanda ilk müstəqil «Azadlıq» qəzetinin təsisçisi və redaktoru Nəcəf Nəcəfovun 56 yaşı tamam olur.

1999-cu il dekabrın 17-də Nəcəf aramızdan getdi, lakin ölkəmizdə və onun hüdudlarından kənarda minlərlə vətəndaşın qəlbində və düşüncələrində öz işıqlı xatirəsini qoydu.

Ötən 12 il ərzində bu insanın rolunun və irsinin qiymətləndirilməsinə çox cəhdlər olub. Mübaliğəsiz demək olar ki, Nəcəf Nəcəfov müasir Azərbaycan jurnalistikasının əsasını qoyub. O, bu ənənələrə hələ sovet dövründə «Molodyoj Azerbaydjana» qəzetində başlamışdı və «Azadlıq» qəzetində davam etdirmişdi.

Onun adının əbədiləşdirilməsi üçün elə bu, yetər. Lakin bəlkə də Nəcəfin ən əsas xidməti o oldu ki, bizim şüurumuzun totalitar yuxusundan oyanmasına və bu gün ümümbəşəri və demokratik dəyərlər adlandırılan dəyərlərə keçməsinə səbəb oldu.

Bu insanın taleyi «sağlığında insanın qədri bilinmir» fikrinin doğruluğunu, həmçinin Fransa inqilabı dövründə yaranmiş Termidor prinsipini təsdiqləyir. Onu həm də Qorkinin Dankosu, mifik Prometey ilə müqayisə etmək olar.

İlk növbədə başqalarının taleyini düşünənlərin öz taleyi bir çox halda oxşardır. Bu cür adamlar nadir hallarda öz mənfəətini düşünür və ya öz kefi üçün yaşayır. Onlar özlərini qurban vermək üçün yaranıblar.

Nəcəf Nəcəfov

«DÜZLÜK DNT-nin DAŞIYICISI»

Bəzən dəyişib başqa cür - praqmatik olmaq, öz xeyrini bilmək istəsələr belə, bunu bacarmırlar. Bu tip insanlar üçün fədakarlıq tələbat, hətta istedaddır.

«Düzlük DNT-nin daşıyıcısı», - bu, həmkarı İsrail Musayevin Nəcəfə verdiyi ən yaxşı xasiyyətnamədir.

Mən isə onu passionari kimi xarakterizə edərdim. Belə adamlar nadir hallarda doğulur və onlar ətraf aləmi dəyişmək üçün gəlirlər (baxmayaraq ki, passionarilər hər zaman müsbət qəhrəmanlar olmur).

Təəssüf ki, həyat ədalət və düzgünlük prinsipləri üzərində qurulmur. Passionari və qəhrəmanlar hamıya çətin olduğu vaxtlarda irəliyə atılır. Onlar müqəddəs kimi qəbul edilir, onlara səcdə qılırlar. Lakin çətinliklər arxada qaldıqda qəhrəmanlar unudulur. Odur ki, liderlərin və fəalların qismətinə həbsxanalar, təqiblər, məhrumiyyətlər düşür. Bu günkü siyasi hadisələr də bunu bir daha təsdiqləyir. Nəcəfin taleyi də istisna olmadı.

YENİ NƏCƏFLƏR DOĞULACAQ...

İstedadlı və zəkalı insanların dünyaya gəlişi bilinmir, lakin onların həyatdan getməsi şiddətli ağrı verir. Bundan sonra insanı ən çox düşündürən «onu necə qaytarmaq olar» fikridir. Bu hissin həyata keçmədiyini anladıqda isə ümumi dostumuz Hikmət Hacızadənin sözləri yada düşür: «Nəcəf getdi, lakin nə vaxtsa aramızda yeni Nəcəf doğulacaq. Bu da həyat fəlsəfəsidir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG