Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 18:49

Nicola Sarkozy Ermənistan prezidenti Serj Sarkisyana məktub göndərib


Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin iyunun 24-ü Kazanda keçiriləcək görüşü ərəfəsində Fransa prezidenti Nicola Sarkozy Ermənistan prezidenti Serj Sarkisyana məktub göndərib.
Ermənistan prezidenti mətbuat xidmətinin məlumata görə, Nicola Sarkozy Qarabağ münaqişəsinin həlli üzrə prinsiplərin təsdiq olunması anının çatdığını bildirib:
“Tarixdə elə anlar olur ki, dövlət başçıları öz xalqlarına cəsarət, müdriklik və sülh yolu nümayiş etdirməlidir”. Sarkozy bildirib ki, həmin an gəlib.
Fransa prezidenti məktubunda yazıb ki, “istənilən halda mən və Ermənistanı özünə bacı hesab edən Fransa sizə bu həlledici görüşdə səmimi arzularımızı göndəririk. Mənim ölkəm bu yolda sizi müdafiə edəcək”.

Günün bütün mövzuları

XS
SM
MD
LG