Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:04

ABŞ rəsmisi Yəməndəki siyasi qüvvələri dialoqa çağırıb


ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisi Jeffrey Feltman Yəmənin siyasi qüvvələrini dialoqa və hakimiyyətin təcili verilməsinə çağırıb.

Feltman cümə axşamı Yəməndə ölkənin vitse-prezidenti Abd Rabbu Mansor Hadiylə görüşüb.

Məlumatlara görə hazırda xaricdə müalicədə olan prezident Ali Abdullah Salehin yaxın vaxtlarda ölkəyə dönə biləcəyi gözlənilmir.

Saleh ayın əvvəllərində onun iqamətgahına edilmiş hücum zamanı yaralanıb.

Müxalifət onun ölgəyə dönməsinə imkan verməyəcəyini deyir.
XS
SM
MD
LG