Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:17

Bəxtiyar Hacıyevin şikayətinə iyulun 5-də baxılacaq


İyunun 23-də Gəncə şəhər Apellyasiya Məhkəməsində gənc fəal Bəxtiyar Hacıyevin şikayəti üzrə hazırlıq iclası keçirilib və proses iyulun 5-nə təyin edilib.

Bu barədə Azadlıqradiosduna Bəxtiyar Hacıyevin müdafiəçisi, hüquqşünas İntiqam Əliyev məlumat verib.

Onun sözlərinə görə, vəkillər əvvəlki məhkəmə instansiyasının qəbul etdiyi qərarların, məhkəmə protokollarının müdafiə tərəfinə verilməsi, həbs qəti-imkan tədbirinin girovluqla əvəz olunması, videoçəkilişə icazə verilməsi kimi vəsatətlər qaldırıb:

“Hakim çəkiliş aparılması, həbs-qətimkan tədbirinin girovluqla əvəz olunması, məhkəmə protokollarının verilməsi vəsatətlərini birmənalı rədd etdi. Amma əvvəlki məhkəmə instansiyalarının qəbul etdiyi sənədlərin müdafiə tərəfinə verilməsi barədə vəsatəti qismən təmin etdi”.

Hüquqşünas hesab edir ki, məhkəmənin istintaqsız keçirliməsi göstərir ki, Apellyasiya Məhkəməsi Bəxtiyar Hacıyev barədə 1-ci məhkəmə instansiyasının qərarını qüvvədə saxlayacaq.

Gənc fəal Bəxtiyar Hacıyev mayın 18-də Gəncənin Nizami rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. O, hərbi xidmətdən yayınmada ittiham olunur.
XS
SM
MD
LG