Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:09

Dövlət qulluğunda çalışanların 25 faizə qədəri gənclərdir


Bunu dövlət qulluqçularının peşə bayramına həsr olunmuş konfransda Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov deyib.

Dövlət qulluğunda çalışan gənclərin sayının hələlik qənaətbəxş olmadığını qeyd edən B.Xəlilovun sözlərinə görə, dövvlət orqanlarının rəhbərləri gənclərin dövlət qulluğu üzrə təcrübəsizliyini əsas gətirərək onları işə qəbul etməkdən çəkinirlər.

AzərTac-ın yazır ki, Azərbaycanda potensiallı gənclərin çox olduğunu bildirən Komissiya sədrinə görə, həmin gənclərin bu potensialı işlədikləri 4-5 ay ərzində üzə çıxır. Onun deməsinə görə, gənclər yeniliklərə meylli olduqlarından uzun müddət çalışan dövlət qulluqçularından daha yaxşı nəticələr əldə edirlər.

Bəhram Xəlilov onu da vurğulayıb ki, Prezident İlham Əliyevin “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı haqqında” 2011-ci il 6 aprel tarixli Sərəncamının əsas müddəalarından biri də gənclərin dövlət qulluğuna cəlb edilməsi ilə bağlıdır.
XS
SM
MD
LG