Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:09

Bakıda yollar 3 gün bağlı olacaq


Arxiv şəkil
Arxiv şəkil
Hərbi paradla bağlı Bakıya cənub istiqamətindən giriş və çıxış iyunun 26-a qədər bağlı olacaq.

Bu baxımdan da iyunun 23-də Bakı şəhər Yol Polisi İdarəsi sürücülərə istifadə edə biləcəyi alternativ yolları açıqlayıb.

Lent.az-ın məlumatına görə, Bakıya Astara yolundan daxil olan avtomobillər «Neftçilər» prospektinə daxil olmadan 3-cü dairəvi yolla hərəkətlərinə davam edə bilərlər. Paytaxta gələn sürücülərdən Bakı-Astara yolunun 14-cü kilometrliyindən dairəvi yola keçmələri xahiş olunur.

Bakını tərk etmək istəyən sürücülərə isə Qurd qapısı, 20 Yanvar metrostansiyası və Biləcəri qəsəbəsi yaxınlığındakı yollardan 3-cü dairəvi yola keçmələri xahiş olunur.

Paytaxt daxilində «Azadlıq» meydanı və ona bitişik ərazilərdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.

Yol polisi əhali və sürücülərdən xahiş edir ki, həmin müddətdə metro və ictimai nəqliyyat vasitələrindən istifadə etsinlər.
XS
SM
MD
LG