Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:23
Çində həbsdə olan rəssam Ai Weiwei girov müqabilində azadlığa buraxılıb. Xinhua xəbər agentliyinin məlumatına görə, dünyada vizual rəssam və dizayner kimi tanınan Ai vergi borcunu etiraf edəndən sonra azadlığa buraxılıb, çünki o, xroniki xəstəlikdən əziyyət çəkir.

Rəssam Britaniya televiziyasına bildirib ki, artıq evinə qayıdıb: "Mən yaxşıyam, çox yaxşıyam. Səhhətim də yaxşıdır".

Ai Weiwei deyib ki, o, hələ də istintaq altındadır və evini icazəsiz tərk edə bilməz.

Çinin Xarici işlər nazirliyinin sözçüsü Hong Lei rəssamın ev dustağı olub-olmadığına aydınlıq gətirməyib. Yalnız onu deyib ki, Ai Weiwei vergi borcunu etiraf edəndən sonra girov müqabilində azadlığa buraxılıb.

54 yaşlı rəssam bu ilin aprelində tutulub. O, hökumət əleyhinə fəal kimi tanınır. Beynəlxalq ictimaiyyət onun həbsini pisləmişdi və Çin hakimiyyətindən tələb etmişdi ki, təcili Ai Weiwei azadlığa buraxılsın.

AI WEIWEI KİMDİR?

Ai Weiwei beynəlxalq aləmdə tanınmış rəssamdır. 2008-ci ildə Pekin olimpiya oyunlarının keçirildiyi quş yuvası stadionunun dizaynında onun da əməyi olub. Hazırda isə Londondakı Teyt qalereyasında əsərlərinin sərgisi keçirilir. O, insan hüquqları və azadlıqları ilə bağlı bir sıra kampaniyalarda iştirak edib. Dəfələrlə Çin hökumətini tənqid edib. 2009-cu ildə ictimai fəallardan birinin məhkəməsində şahid kimi ifadə verməməsi üçün döyülüb.

Ötən ilin sonunda Ai 58 nəfərin ölümü ilə nəticələnən Şanxay yanğını ilə bağlı vətəndaş təhqiqatına başlamışdı. 2011-ci ilin yanvarında Şanxayda yeni tikilmiş studiyasını yerli hökumət dağıtmışdı. Özünə qarşı maneələrlə bağlı Ai Weiwei əsərlərini nümayiş etdirmək üçün Almaniyada studiya açmağı da planlaşdırırdı.

HƏMÇİNİN OXU:

Höküməti qorxudan rəssam

Günün bütün mövzuları

XS
SM
MD
LG