Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:54

Məhkəmə «hicab aksiyası» iştirakçısının şikayətini təmin etmədi


Bakı Apelyasiya Məhkəməsi «hicab aksiyası»nın iştirakçılarından Rövşən Məmmədov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə şikayəti təmin etməyib.

Vəkil Anar Qasımov AzadlıqRadiosuna deyib ki, iyunun 23-də keçirilən prosesdə məhkəmə vəsatətin təmin olunmamasına dair Xətai Rayon Məhkəməsinin iyunun 7-də çıxardığı qərarı qüvvədə saxlayıb. Hətta proses zamanı Rövşən Məmmədovun peşman olması barədə etdiyi çıxışı da məhkəmənin qərarına təsir etməyib:

«O, bacısının hicablı olduğuna görə orta məktəbə buraxılmadığını, mayın 6-da Təhsil Nazirliyinə şikayətə getdiyini dedi. Heç bir siyasi partiyanın, dini qurumun üzvü olmadığını bildirən Rövşən Məmmədov dedi ki, özündən asılı olmayaraq polis maşınlarına daş atıb. Bu hərəkətin cəriməsi nədirsə, onu ödəməyə hazırdır. Bundan sonra etdiyi hərəkətlərə görə prezident İlham Əliyevdən və kimə ziyan vurubsa, onların hamısından üzr istədi. Lakin hakim onu azad etmədi».

Təhsil Nazirliyinin binası qarşısında «Hicaba azadlıq!» aksiyası mayın 6-da keçirilib.

16 nəfər cinayət məsuliyyətinə alınaraq həbs olunub.
XS
SM
MD
LG