Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:38

«Eurovision» zamanı qonaqların yerləşdirilməsində problem olmayacaq


««Eurovision-2012» müsabiqəsi zamanı qonaqların yerləşdirilməsində problem olmayacaq».

Azərbaycan Turizm Assosiasiyasında belə hesab edirlər.

Turizm Assosiasiyasında deyirlər ki, qonaqların yerləşdirilməsi üçün hotellərlə yanaşı, Xəzər dənizindəki gəmilərdə yaradılan «full-hotel»lərdən də istifadə edilə bilər.

Assosiasiyada hesab edirlər ki, qonaqların yerləşdirilməsində problem olmasa da, onlara xidmət göstərmək üçün kadr hazırlığı aparılmalıdır.

Artıq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm İnstitutu, Azərbaycan Turizm Assosiasiyası və s. turizm qurumları bu işlə indidən məşğuldurlar.

Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında deyib ki, 2012-ci ildə Bakıda keçiriləcək «Eurovision» mahnı yarışması zamanı Azərbaycana 50-60 min turistin gələcəyi gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG