Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:49

Azadlığa buraxılan çinli rəssam icazəsiz evini tərk edə bilməz


Çin rəssam Ai Weiwein girov müqabilində azadlığa buraxılmasını təsdiqləyib, amma deyib ki, o, hələ də istintaq altındadır və evini icazəsiz tərk edə bilməz.

Xarici işlər nazirliyinin sözçüsü Hong Lei rəssamın ev dustağı olub-olmadığına aydınlıq gətirməyib. Yalnız onu deyib ki, Ai Weiwei vergi borcunu etiraf edəndən sonra girov müqabilində azadlığa buraxılıb.

54 yaşlı rəssam bu ilin aprelində tutulub. O, hökumət əleyhinə fəal kimi tanınır. Beynəlxalq ictimaiyyət onun həbsini pisləmişdi və Çin hakimiyyətindən tələb etmişdi ki, təcili Ai Weiwei azadlığa buraxılsın.

Günün bütün mövzuları

XS
SM
MD
LG