Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:41

Sel Şamaxıda tələfata səbəb olub


Şamaxı rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, ötən gecə Şamaxı rayonu ərazisindən keçən Ağsuçaya güclü sel gəlib.

Çayın Dəmirçi kəndi ərazisindən keçən hissəsindəki körpü yararsız hala düşüb. Rayon sakini Orucov Məhəmməd maşınla çayın içindən keçmək istəyib və həmin vaxt çaya gələn güclü sel avtomobili aparıb.

Güclü su axını və selin gətirdiyi böyük çay daşları avtomobilin sudan kənara çıxarılmasına mane olub. Polis əməkdaşlarının köməkliyi ilə iki saat ərzində avtomobil, eləcə də sürücü Məhəmməd Orucov və sərnişin Gülmərcan Xəlilova xilas edilib.

Güclü sel suları Dəmirçi və Qaleybuğut kəndində bir neçə baş mal-qaranı da aparıb.
XS
SM
MD
LG