Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:00

Nazir Füzuli Ələkbərov: “Təxminən 3 ildən sonra Azərbaycanda yoxsulluq olmayacaq”


Azərbaycanda 131 mindən çox ailə ünvanlı sosial yardım alır. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Nazirin sözlərinə görə, hər ay adambaşına düşən ünvanlı sosial yardımın orta aylıq məbləği 23,60 manat, bir ailəyə düşən orta aylıq məbləği isə 105,82 manatdır.

Füzuli Ələkbərov hesab edir ki, 2015-ci ilə kimi ölkədə yoxsulluq problemi tamamilə aradan qaldırılacaq. O bildirib ki, 2003-2010-cu illər ərzində 900 mindən çox iş yeri açılıb və bu da yoxsulluğun ləğvinə uğurlu töhfə verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG