Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 10:07

Həkimlər və müəllimlər xüsusi status alacaqlar


Onların «Dövlət qulluğu haqqında» qanunla müəyyən edilmiş statusları olmayacaq
Onların «Dövlət qulluğu haqqında» qanunla müəyyən edilmiş statusları olmayacaq
«Azərbaycanda həkimlər və müəllimlər dövlət qulluğunun xüsusi növünə aid ediləcək».

Bunu Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında deyib.

«Onların «Dövlət qulluğu haqqında» qanunla müəyyən edilmiş statusları olmayacaq. Ancaq hüquq-mühafizə orqanlarının əməkdaşları kimi, dövlət qulluğunun xüsusi növü olaraq xüsusi statusları olacaq».

B. Xəlilov dövlət qulluğunun xüsusi növü şamil edildikdən sonra həkimlərin və müəllimlərin işə qəbulunun komissiya tərəfindən həyata keçirilib-keçirilməyəcəyi məsələsinin hələ müəyyənləşmədiyini deyib. O, bildirib ki, hazırda Azərbaycanda «Dövlət qulluğu haqqında» qanunun şamil edildiyi dövlət qulluqçularının ümumi sayı 30 min nəfərdir:

«Başqa sahələrdə olduğu kimi, bu sahədə də islahatlar aparılır». /APA/

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG