Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:12

İl yarım ərzində Əfqanıstandan 33 min amerikalı hərbçi çıxarılacaq


Prezident Barak Obama iyunun 22-də elan edib ki, Əfqanıstandakı 10 illik müharibə sona yaxınlaşır. Ağ Evdə keçirilən tədbirdə çıxışı zamanı Barak Obama planlardan danışıb, deyib ki, bu ilin sonuna kimi 10 min Amerika qoşunu Əfqanıstandan çıxarılacaq. 23 min hərbi qüvvə isə 2012-ci ilin yayına qədər vətənə dönəcək.

Bu plan ABŞ-ın Əfqanıstandakı qoşununu azaldacaq, indi onun sayı 100 mindir və bir hissənin gələn ilə qədər ölkədən çıxarılmasından sonra Amerika qüvvələrinin sayı 68 minə enəcək. NATO qüvvələri ilə birlikdə digər ölkələrin Əfqanıstanda olan qüvvəsinin sayı isə 40 mindir.

Barak Obama deyib ki, 2014-cü ilə kimi Əfqanıstanda təhlükəsizliyə cavabdehlik yerli hərbi qüvvələrə veriləcək. Prezidentin sözlərinə görə, ABŞ güman edir ki, Talibanla aparılan danışıqlar nəticəsində Əfqanıstandakı hərbi münaqişənin həll olunması üçün siyasi yol tapılacaq.
XS
SM
MD
LG