Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:23

İlham Əliyev Jose Manuel Barroso ilə görüşüb


Brüsseldə səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu ilə görüşüb.

Danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsi, Cənub qaz dəhlizi layihəsi,viza rejimin sadəlşdirilməsi və digər məsələlər müzakirə olunub.

Barrozo bildirib ki, Cənub qaz dəhlizi layihəsinin reallaşması Avropa Birliyi və Azərbaycan üçün strateji əhəmiyyət daşıyır: “Bu layihə Xəzər hövzəsindən daşımalarda bizə alternativ marşrut imkanı verəcək.
Bu gün işi davam etdirmək və bu ideyanı gerçəkləşdirmək barədə razılığa gəldik”.

Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsinə gəldikdə isə Barrozu artıq bu il danışıqlara başlanacağına ümidlə yanaşdığını deyib.

Görüşdən sonra İlham Əliyevlə Barrozu birgə mətbuat konfransı keçiriblər.
XS
SM
MD
LG