Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 16:25

Avropa Birliyi Suriyaya qarşı sanksiyaları kəskinləşdirir


Avropa Birliyi Suriyaya qarşı sanksiyaların kəskinləşdirilməsini nəzərdən keçirir.

Avropa Birliyi hələ bu ilin mayında prezident Bashar Assad da daxil olmaqla bir sıra Suriya rəsmilərinə viza qadağası tədbiq edib və onların bank hesablarını dondurub.

Yeni sanksiyalar isə ordu və təhlükəsizlik qüvvələri ilə bağlı olan 4 Suriya təşkilatı və 7 şəxsə şamil ediləcək.

Bu sanksiyaların cümə günü qüvvəyə minəcəyi gözlənilir.

Martın ortalarından bu yana Suriyada hakimiyyət əleyhinə kütləvi aksiyalar keçirilir.

Bu müddət ərzində 1400-dək adamın öldürüldüyü bildirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG