Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:09

Sarkisyan yekun söz üçün yaxşı məqam yarandığını deyir


“Mən indiki mərhələdə yalnız onu deyə bilərəm ki, Kazan görüşünə yaxşı əhval və konstruktiv danışıqlar aparmaq istəyi ilə gedirəm”.

APA-nın məlumatına görə, bunu Strasburqda jurnalistlərə açıqlamasında Ermənistan prezidenti Serj Sarkisyan Avropa Şurasının baş katibi Tyornborn Yaqlandla görüşdən sonra deyib.

O qeyd edib ki, tərəflərin mövqeyi aydındır və indi hər iki tərəfin baza prinsipləri barədə yekun fikir bildirməsi üçün yaxşı məqam yaranıb.

İyunun 24-də Kazanda Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin növbəti görüşü keçiriləcək.

3 tərəfli görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı baza prinsipləri, danışıqların hazırkı vəziyyəti müzakirə olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG