Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:50

Pulsuz avtobuslar, meşələrin talan edilməsi, əmək haqlarının verilməməsi və...


Mətbuat icmalı

Mətbuat icmalı

GEDİŞ HAQQI... LAZIM DEYİL

«Azərbaycan» qəzeti Çilov adasından reportaj təqdim edib. Qəzet yazır ki, Çilov adasında ictimai nəqliyyat vasitələrində, yəni marşrut avtobuslarında gediş haqqı tələb olunmur.

«Çilov qəsəbəsi o qədər də kiçik deyil və burada tək bir avtobus hərəkət etmir. Lakin sakinlər hansı avtobusun nə vaxt gələcəyini, haradan-haraya qədər gedəcəyini əzbər bilirlər. Qəribədir ki, bu avtobuslar heç nömrələnməyib axı....

Ən maraqlısı isə budur ki, Çilovda qadınlara və kişilərə ayrı-ayrı avtobuslar xidmət edir. Bəlkə kimsə bunu köhnəliyin əlaməti hesab edər. Amma belə deyil. Çünki Çilov tamamilə müasir bir qəsəbədir… Burada yüzlərlə qadın və kişi çiyin-çiyinə çalışır… Fikrimizcə, qadınların ayrı, kişilərin isə ayrı avtobuslarda getməsinin səbəbi yalnız onların hamısına rahatlıq və sərbəstlik yaratmaq istəyidir».

OĞUZ MEŞƏLƏRİ SAATDA 50 MAŞIN ODUN SÜRƏTİ İLƏ TALAN EDİLİR

«Yeni Müsavat» qəzeti iddia edir ki, Oğuz rayonunun meşələri kütləvi surətdə qırılır və satılır:

Yerli sakinlər ağacların icra başçıları tərəfindən kütləvi şəkildə qırılaraq daşındığını və satıldığını bildirirlər:

«Meşələrdə ağac qalmayıb, icra başçıları meşələrdə ağac qoymayıb, meşələrimiz talan edilir. Yeni başçı gələndə, düşündük ki, proses dayanır. Bunlar hamısı başçının göstərişi ilə olur. Ancaq vətəndaş evinə bir maşın odun gətirmək istəsə, polis tökülüb gəlir və cərimə edir. Öyrəndik ki, rayonun meşələrində hər saatda orta hesabla 50 maşın ağac çıxarılır. 3-4 ildir ki, belə kütləvi və vəhşi qırıma məruz qalan Oğuz meşələri xeyli seyrəlib».

«AZAL»IN İŞÇİLƏRİNƏ ƏMƏK HAQLARI VERİLMİR

«Bizim Yol» qəzeti yazır ki, Heydər Əliyev adına Bakı Hava Limanının Təhlükəsizlik Xidmətinin əməkdaşlarının əmək haqları verilmir. Hətta pulunu istəyənlərə ərizə yazıb işdən getməyi təklif edirlər:

«İyunun sonu olmasına baxmayaraq, hələ də yüzlərlə mühafizəçi may ayının maaşlarını ala bilməyib. Rəhbərlikdən onlara bildiriblər ki, hələlik maliyyə yoxdur, olanda, əmək haqları veriləcək. Bu vəziyyət kimə sərf eləmirsə, ərizəsini yazıb işdən azad oluna bilər…».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG