Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:36

AB Azərbaycanda QHT-lərin iş şəraitini müzakirə edir


İyunun 21-də Azərbaycan və Avropa Birliyi vətəndaş cəmiyyəti "Azərbaycanda QHT-lərin iş mühiti"nin müzakirəsinə başlayıblar.
Avopa Birliyi ölkələrindən və Azərbaycandan 50 qeyri-hökumət təşkilatının qatıldığı iki günlük seminar ötən ilin dekabrında başlanan Avropa Bilriyi-Azərbaycan İnsan Haqları və Demokratiya Məsələləri üzrə Siyasi Dialoqun inkişafı kimi təşkil olunub.

AB-nin Nümayəndələr Heyətinin üzvü Jerome Pons bildirib ki, insan hüquqlarına və qanunların aliliyinə həvəsləndirmə onların fəaliyyətlərinin təməl daşıdır. "Bu seminar AB-nin təcrübəsini bölüşmək üçün əla fürsətdir".

Seminarda Avropadan və Azərbaycandan 80-nə yaxın iştirakçı qatılıb. Eyni tədbir 2009-cu Gürcüstanda, ötən il isə Ermənistanda keçirilib.

Tədbir iyunun 22-də başa çatacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG