Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:42

Hillari Clintondan maşın sürmək istəyən ərəb qadınlarına dəstək


ABŞ-ın dövlət katibi Hillari Clinton qadınlara maşın sürmək qadağasına qarşı çıxan Səudiyyə Ərəbistanı qadınlarına dəstək əlini uzadır. Klinton iyunun 21-də etirazçıların hərəkətini təqdir edib, deyib ki, onlar "cəsurdular” və tələbləri də "düzgündür".

Clintonun bu münasibətindən az əvvəl Səudiyyə Ərəbistanının fəal qrupları Qərbin lider qadınlarını onların aksiyasına dəstək verməyə çağırmışdı.

Qrup bildirmişdi ki, iyunun 20-də Hillari Klintona və Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashtona məktub göndərərək krallığın sürücülük hüququ ilə bağlı qaydalarının dəyişməsində köməklik istəyiblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG