Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:15

TELLİ. Yeni şeirlər


Bəzən hər kəsdən qaçmaq istəyərsən-
heç arxana baxmadan...
Bezərsən, yorularsan səni başa düşməyən insanlardan...
Bircə sevməkdən bezmədiyin insanı görmək istəyərsən-
Gözlərini, gülüşünü,
hərdən oğrun-oğrun baxan baxışlarını...
Toxunmaq istəyərsən, toxuna bilməzsən-
incidərsən deyə...
Əllərindən tutmaq istəyərsən-
utanarsan əllərin ovuclarında əsər deyə...
Yaxınlığında sənə uzaq olar-
daha da incidər səni, amma sevinərsən...
Hərdən gülüşü üçün darıxıb
ağlayarsan uşaq kimi...Səssizcə...
Və “Allahım, bizi heç vaxt ayırma”
deyə dua edərsən hər gecə...
Bezərsən, yorularsan səni başa düşməyən insanlardan...
Bircə sevməkdən bezmədiyin insanı görmək istəyərsən-
Gözlərini, gülüşünü,
hərdən oğrun-oğrun baxan baxışlarını...

***

Bu gün gəl görüşək,
Sənə bir az nifrət edim,
Sonra da ki, ayrılaq.
Sevimli paltarını geyin,
Sevdiyim ətiri vur.
Bu gün gəl görüşək,
Bir az ötən günlərdən,
Bir az qısqanclığımdan,
Bir az səndən danışaq,
Sənə baxım, çıxım gedim.
Bu gün gəl görüşək,
Yenə acıla məni,
Yenə mənə yalan de.
Çalış, birinci sən get,
Başqasın sevdiyini de.
Nə olar ki, bircə dəfə sözə bax.
Bu gün gəl görüşək,
Sənə bir az nifrət edim,
Sonra da ki, ayrılaq...

***

Adam gedir,
İşim gedir.
Yaşım gedir,
Ömrüm gedir.
Bu nə fəlakətdi belə,
Hardan gəlib, hara gedir?!
Saat gedir,
Zaman gedir.
Aldığım nəfəs də gedir,
Gedir, gedir
bir də gəlmir...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG