Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:57

"Şirvan Oil"un quyularından birində partlayış baş verib


Nəticədə quyuda olan qaynaqçı ağır yanıq xəsarəti alaraq xəstəxanaya götürülüb.

ANS PRESS-in məlumatına görə, hadisə bir neçə il bundan əvvəl fəaliyyəti dayandırılmış neft quyusu bərpa edilərkən baş verib.

Qaynaq işləri zamanı borunun yuxarı hissəsinə yığışmış qaz konsentratı partlayıb.

Nəticədə Salyan rayonu Qarabağlı kənd sakini, 58-yaşlı Həsənqulu Mürsəlov ciddi xəsarət alıb.

Həkimlər onun vəziyyətinin ağır olduğunu deyirlər

Günün bütün mövzuları

XS
SM
MD
LG