Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:54

Hicablılar üçün xüsusi çimərlik


Konyada yalnız başıbağlı xanımların girə biləcəyi mərkəz yaradılır

Türkiyənin Konya şəhərindəki Beyşehir Gölünün sahilində hicablı qadınlar üçün çimərlik yaradılır.

Türkiyənin tanınmış moda ustası Davut Şeker 250 min lirəlik (təxminən 110 min avro) sərmayə qoyaraq bu gölün 3 kilometrlik sahil hissəsində istirahət mərkəzi yaradıb. İndi isə modelyer hicablılar üçün ilk belə mərkəz yaratmaq üçün işə başlayıb.

Moda ustası deyib ki, həmin gölün sahilində təxminən 200 metrlik bir sahədə məhz hicablı xanımların özlərini rahat hiss edə bilməsi üçün xüsusi ərazi yaradılacaq. Davut Şekerin sözlərinə görə, hazırda yalnız 5 ulduzlu otellərin hovuzlarında hicablı xanımlar üçün çimməyə şərait yaradılır:

“Lakin bu, ya həftənin hansısa günü, ya da xüsusi saatlar olur. Biz isə yalnız bu xanımlara xidmət göstərəcək istirahət mərkəzi, çimərlik yaradırıq”.

Çimərlikdə təxminən 15-20 min nəfər istirahət edə biləcək. Mərkəzin yaxın günlərdə istifadəyə veriləcəyi gözlənilir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG