Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:39

Suriya prezidenti siyasi məhbuslara amnistiya elan edib


Suriya prezidenti Bashar Assad siyasi məhbuslara növbəti amnistiya elan edib.

Bu, son 3 həftə ərzində ikinci amnistiyadır.

Bashar Assad bazar ertəsi xalqa müraciətində ölkədə islahatlar aparacağını və müxalifətlə dialoqa gedəcəyini vəd edib.

Martın ortalarından bu yana Suriyada mövcud rejimə qarşı kütləvi etiraz aksiyaları keçirilir.

Hüquq müdafiəçiləri bu müddət ərzində mindən çox adamın öldürüldüyünü deyirlər.

Amma vətin kifayət olmadığını deyən müxalifət yenidən prezidentin istefasını tələb edir.

Həmçinin prezidentin tərəfdarları çərşənbə axşamı ölkə paytaxtı Dəməşq, Aleppo və digər şəhərlərdə ona dəstək olaraq nümayişə çıxıblar.
XS
SM
MD
LG