Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:34

İran rejimi güneyli fəallara qarşı…


Ağrı Qaradağlı
Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) Bakı təmsilçisi Ağrı Qaradağlı və Azərbaycan Siyasi Məhbuslarını Müdafiə Komitəsinin (ASMEK) sözçüsü Əlirza Quluncu İrandakı son həbslər barədə fikirlərini bildirirlər.

Ağrı Qaradağlı:

«Səid Muğanlı «Facebook»da yazdığı tənqidi şerlərə görə saxlanılıb. Səid Siyami və Səid Nəimi də tutulub. Səid Nəimi həm Azərbaycan fəalı, həm də hüquq müdafiəçisidir. O, 45 gün bundan əvvəl saxlansa da, ona hələ də özünə vəkil tutmaq imkanı verilməyib. Öyrənci hərəkatından olan Mirkamal Sədri Xosrovşahi də bir aya yaxındır ki, yaxalanıb. O, hələ ittihamları bəlli olmayan səbəblərdən yaxalanıb. Onun harada olduğu bəlli deyil. Hüquq müdafiəçisi xanım Haniyə Fərşi də 3-4 ay bundan əvvəl saxlanılıb. Onun vəziyyəti ağırdır. Ona 7 il həbs cəzası veriblər. Hazırda İranda Azərbaycan fəallarına qarşı təzyiqlər və təqiblər daha da artıb. Artıq Güney Azərbaycanda kütləvi oyanış getdiyi üçün və burada çıxan dərgilər çox populyar olduğuna görə istəyirlər ki, bu dərgiləri çıxaranları çəkindirsinlər. 2-3 dərgi türk dilində çıxırdı ki, onlar da rejim tərəfindən qapadıldı. Səid Muğanlı həm ədəbi, həm də mədəni sahədə çıxan yeganə «Yaşmaq» dərgisinin baş redaktoru idi…».

Əlirza Quluncu:

«Güney Azərbaycan üçün fərqli bölgələrdə fərqli siyasət yürüdülür. Vahid bir siyasətin olmaması orada bir problemdir. İran Azərbaycanında medianın gücü çox azdır. Fars şəhərlərində media daha güclüdür və təbii ki, problemlərin səsi də daha yaxşı çıxır. İranda xarici mətbuata çıxmağa az icazə verilsə də, Azərbaycan tərəfdə heç icazə verilmir…».

Verilisi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG