Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:29

Tayvançik kimdir?

Amerikanın Federal Təhqiqat Bürosunun, Mərkəzi Kəşfiyyat İdarəsinin və Narkotiklərlə Mübarizə idarəsinin fikrincə, Tayvançik dünyanın ən təhlükəli 10 cinayətkarından biridir.

Forbes jurnalı onu ən çox axtarılan cinayətkarlardan biri hesab edir.

Bunlar Tayvançik barədə okeanın o tayında deyilənlərdir. Bu tayında- Rusiyada isə Tayvançik ləqəbli Alimjan Toxtaxunov “Milli futbol fondu”nun rəhbəridir.
Bu yaxınlaradək “Metropol”, “Avropa”, “Asiya” kimi kazinoların sahibi idi.

Toxtaxunov Amerikada 2002-ci ildə məşhurlaşdı. O vaxt qış olimpiadası vaxtı Toxtaxunovu ittiham etdilər ki, Rusiya fiqurlu konki sürənlərini çempion etmək üçün hakimləri satın alıb.

Bir il sonra İtaliyada olan Toxtaxunov bu ittihamla həbs olundu. Ancaq İtaliya məhkəməsi onu ABŞ-a vermədi.
ABŞ-ın verdiyi həmin ittihamla Tayvançik hazırda İnterpolun axtrışındadır.

TOXTAXUNOVLA AZADLIQ RADİOSUNUN SÖHBƏTİ

Azadlıq Radiosu: “Siz nə ilə məşğulsuz?”

Toxtaxunov: “Mən biznes və xeyriyyəçiliklə məşğulam. İki jurnal nəşr edirəm- “Milli futbol” və “İdman və moda”. Kinoda çəkilirəm. Tezliklə “MUR” filmi çıxacaq. İki kitab yazımışam.”

- Biznesin hansı sahələri sizi cəlb edir?

- Mənim kazinom var idi. Kazinolar qadağan olunanda mən bu biznesdən getdim. İndi yeni biznes axtarıram. Kazino ilə ona görə məşğul idim ki, 1989-cu ilə kimi mən peşəkar kart oyunçusu idim.

- Sizi nə vaxtdan mafiozi hesab edirlər?

- Rusiyada mütəşəkkil cinayətkarlıq yarananda mən Rusiyada yox idim ( Toxtaxunov Daşkənddə anadan olub – Azadlıq Radiosu) . Bu, jurnalistlərin şişirtməsidir. Xaricdə məni ona görə mafiozi hesab edirdilər ki, qanunları pozurdum. Ancaq bilərəkdən yox, məhz qanunları bilmədiyimə görə. Məsələn, nəyinsə pulunu vaxtında vermirdim. Bunlara görə adım kompüterlərə düşdü.

- Rus mafiyasının nümayəndəsi statusunu qış olimpiadasındakı qalmaqaldan sonra qazandınız?

- Qızıl medalı satın almaq olmaz. Xüsusilə fiqurlu konki sürməkdə. Mənim telefonuma qulaq asırdılar. Mən kiməsə demişdim ki, bizimkilərin udacağına əminəm. Bu, o deməkdirmi ki, mən medalı satın almışam?
Romada da telefonuma qulaq asırdılar. Mən xəstə idim, Daşkənddəkilər zəng etdilər, dedilər ki, plov, kişmiş və nar göndərəcəklər.
Məhkəmədə prokuror soruşdu ki, bomba sənin nəyinə lazımdır?
Sən demə, rusca qranat ( nar ) sözünü qumbara kimi tərcümə ediblər. Kişmişi qaşiş ( həşiş) kimi başa düşüblər.
Sonda mənə dedilər ki, sən narkotik və silah alveri ilə məşğulsan.

- Olimpiada hakimlərinin satın alınması ittihamı nə ilə qurardı?

- Onların sübutu yoxdur. Olsaydı, Anisina və Sixarulidzedən qızıl medalları çoxdan almışdılar.

- Sizin Rusiyanın hüquq-mühafizə orqanları ilə problemləriniz olubmu?

- Olub, məni tüfeyliliyə görə cəlb ediblər. Şair İosif Brodskinin taleyi mənim taleyimə oxşardır. Ona tüfeylilik ittihamı ilə məhkəmə qurdular. O da xaricə getdi. Ancaq o orda Nobel mükafatı aldı, mən isə mafiozi adını.


- Rusiya mafiyası, sizcə, mifdir?

- Mifdir. Elə mif ki, lazım idi. Rusiya mafiyası ilə mübarizə şöbələri yaradıldı. Hüquq-mühafizə orqanlarının pensiya yaşlı işçiləri özlərinə iş yeri yaratdılar.


- Sizin uşaqlarınız bizneslə məşğul olurmu?

- Qızım Böyük Teatrda balerinadır. Oğlum hüquqşünasdır.


- Öz vəziyyətinizin sabitliyinə inanırsınızmı?

- İşin varsa- hər şey sabitdir. Mən biznesmenəm. Özüm özümə iş yaradıram. Mən öz həyatımdan razıyam.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG