Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:34

Bu məsələ Rusiya Patriarxı Kiril həzrətləri ilə görüşdə müzakirə ediləcək


"Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə MDB Dinlərarası Şurasının həmsədridir, onun bu qurumun bütün tədbirlərində iştirakı zəruridir və prioritet əhəmiyyət kəsb edir”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmərinin rəhbəri Rəhimə Dadaşova Trend-ə açıqlamasında bildriib.

Şeyxülislam Allahşükür Paşazadənin MDB Dinlərarası Şurasının Yerevanda keçiriləcək iclasında iştirakına gəlincə, R.Dadaşova deyib ki, bu məsələ qurumun digər həmsədri - Moskva və bütün Rusiya Patriarxı Kiril həzrətləri ilə növbəti görüş zamanı müzakirə ediləcək. Yalnız bundan sonra Paşazadənin şəxsən iştirakı ilə bağlı hər hansı açıqlama veriləcək.

Rəhimə Dadaşovanın sözlərinə görə, hələlik Azərbaycan tərəfi bu tədbirdə iştirakı ilə bağlı heç bir vəd verməyib.

QMİ təmsilçisi qeyd edib ki, Rus Pravoslav Kilsəsi (RPK) uzun illər ərzində Qafqaz Müsəlmanları İdarəsi və erməni Apostol Kilsəsinin rəhbərləri arasında görüş və təmasların vasitəçisi olub:

"Bu ənənəni davam etdirən RPK şeyxülislam həzrətlərinin Yerevanda keçiriləcək tədbirdə iştirakını istər MDB məkanında dinlərarası dialoq işinə töhfə baxımından, istərsə də Azərbaycan-Ermənistan dini liderlərinin növbəti görüşü kontekstində məqsədəuyğun sayır və bu yöndə səy göstərir".

MDB Dinlərarası Şurasının iclasının noyabrın 28-də Yerevanda keçirilməsi nəzərdə tutulur.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG