Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:11

Ombudsman daxili işlər nazirinə müraciət edib


Ombudsman Aparatının əməkdaşları Bakı Şəhər Baş Polis İdarəsinin İnzibati həbs olunanların saxlanma məntəqəsində iyunun 19-da keçirilmiş aksiya zamanı saxlanılan şəxslərlə görüşüblər.

Ombudsman Aparatının yaydığı məlumata görə, araşdırma zamanı məlum olub ki, məntəqədə 5 nəfər aksiya iştirakçısı saxlanılır. Onlardan Elçin Əhmədov, Vahid Abbasov, Orxan Carçıyev, Orxan Nəriman oğlu, Qafqaz Məmmədov 5 gün müddətinə, Ramil Baxışov isə 3 gün müddətinə inzibati qaydada həbs ediliblər.

“Saxlanılan şəxslər saxlanma şəraiti və müəssisə əməkdaşlarının onlarla rəftarından şikayət etməyiblər. Lakin onlardan iki nəfəri aksiya zamanı polis avtomobilinə mindirilərkən kobud rəftara məruz qaldıqlarını bildiriblər”.

Ombudsman Elmira Süleymanova daxili işlər nazirinə məktubla müraciət edib. Saxlanılmış şəxslərdən alınmış məlumatların yoxlanılmasını, qanun çərçivəsində tədbir görülməsini və nəticəsi barədə məlumat verilməsini xahiş edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG