Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:09
«V.E.S. Express MMC»nin Gəncə filialının rəhbəri Ceyhun Əliyev deyir ki, daşınmaz əmlak bazarını tənzimləmək mümkün olmur.

İqtisadi durum pisləşməkdədir. Əvvəl ay ərzində azı 15 ev alqı-satqısı həyata keçirildiyi halda hazırda bu rəqəm 4-5 satış təşkil edir.

Ekspertin fikrincə, ötən il daşınmaz əmlak bazarındakı durğunluqdan gileylənsələr belə, bu illə müqayisədə vəziyyət normal idi. Məsələn, ötən ilin bu vaxtı 3-otaqlı evin qiyməti 40-42 min dollar idisə, bu il 33 min dollara düşüb. Ortatəmirli 3-otaqlı həyət evinin qiyməti isə 50 min manatdan 40 min manata düşüb.

Ceyhun Əliyev deyir ki, Moskva vilayətindən qayıdan həmyerlilərimiz daha çox obyekt üçün yararlı evlərlə maraqlanırlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG