Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:43

Müsəlmanların sayı artır


20 il ərzində İslam inanclılarının sayı 2 milyardı keçəcək

Yaxın 20 il ərzində dünyada müsəlman əhalisinin 35 faiz arta bilər. Bu proqnoz İslam Forumunun “Din və ictimai həyat” Tədqiqat Mərkəzi tərəfindən açıqlanıb.

Mərkəzin hazırladığı hesabata görə, 2030-cu ilədək müsəlmanların sayının 1 milyard 600 milyondan 2 milyard 200 milyonadək artacağı gözlənilir. Yaxın Şərq və Şimali Afrika regionunda bu artım daha çox olacaq.

Hesabata görə, 20 il ərzində təkcə Yaxın Şərqin və Şimali Afrikanın müsəlman əhalisinin 321 milyondan 439 milyona qədər çoxalacağı gözlənilir. Bu, 1990-cı ilə nisbətən 2 dəfə yüksək göstəricidir.

2020-ci ildən müsəlman əhalisinin hər il 1,4 faiz artımı planlaşdırılır. Bu baxımdan ən yüksək göstərici ABŞ-da gözlənilir ki, bu da ölkədəki mühacirlərin sayının müntəzəm olaraq artması ilə əlaqəlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG