Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:16

Azərbaycan ədəbiyyatının paytaxtı


Şəhriyar Hacızadə
Şəhriyar Hacızadə
Şəhriyar Hacızadə


(Vaqif Bayatlı Odər üçün)

Güllələyin şairləri,
Sonra diz çökün!



Nə isə... Pal-paltarımı yığışdırıb mənzili tərk elədim. Pilləkənləri düşərkən xozeyinin hümanistliyi tutdu.

- Oğlum, heç olmasa gecələməyə qohumdan-tanışdan varmı?

- Narahat olmayın, Vaqif Bayatlı bu şəhərdə yaşayır, mən daş yaddaşına inanıram – deyib yola düzəldim.

Donuq nəzərlərini üz-gözümə zilləyib nəsə pıçıldadı. Təxminən “yazığ uşağ deyəsən dəli olub” sayağı bir cümlə gülümsədi dodağında.

O zamanlar mən Vaqif Bayatlıyla əyani tanış deyildim. Ümumiyyətlə haçansa tanış olacağımı düşünmürdüm. Sadəcə bilirdim ki, Nazirlər Kobinetiylə üzbəüz bağda gəzişməyi var arabir. Bu əhvalla da ayaqlarımı köklədim həmin bağa.Oranın adını o vaxtdan bəri bilmirəm,heç öyrənməyə cəhd göstərməmişəm də.Eləcə “Odər Bağı” kimi şərtləndirirəm oranı.

Yaxşı xatirimdədi 5 yanvar 2008 tarixi. Bakı yamanca qara bükülmüşdü.Əlbəttə bu sazaqda kimsə yoxuydu bağda. Həm də bağın kürəyindəki saatın gödək yekəpər əqrəbi axşamın 11-ini adlayırdı.

Mən daş yaddaşına inanıram. Külək tutmayan bir bucaq axtarırdım sərilməyə. İlk dəfəydi yer qaçdı ayağım altdan, sürüşüb dizi üstə düşdüm. Paytaxtın yad daşına bu qədər yaxın oldum ilk dəfə.

Bədənimdən bir büdrəmək enerjisi köçdü yerə. Dizimin ağrısı hohdu nazir cibli, fəhlə tərli italyan mərmərinə. Bakını o gündən sonra sevdim, vuruldum bu şəhərə. İndi həmin yerdən keçəndə dizimin gözü bekara sızıldayır.

Məncə bu, həmin daş yaddaşıdı. Hansı ki, Bayatlının ayaq izləri əzbərdi o yaddaşda.

Başqa bir mənzərə də alır fikrimi. Hələ 1-ci kursda oxuyarkən Nərimanov rayonundan bir qız sevirdim. Yanmışın boyu bəstə olsa da əlim çatmırdı nədənsə. Gəlib dayanırdım binalarının tinində,baxırdım üçüncü mərtəbəyə.

Bu boyda şəhərdə onların binasından uca tikili tanımırdım. Bir dəfə “O”na əcəb yaraşan bənövşəyi donunu sərgiyə asan gördüm. Gedib dayandım düz paltar sərgisinin altında.

Bənövşəyi dondan düşən qanqaraldan şəffav damlaları topladım ovucuma. Elə bildim “O”na toxunuram. Damcılar ovucumda “Düyməcik” olmadı. Heç mən də o gündən sonra o tərəfə ötmədim.Ancaq hər dəfə əlimi yağışa uzadanda bənövşəyi donun çəhrayı düymələri düşür ovucuma.

İndi də “Odər Bağı”nda gəzib-dolaşarkən Bayatlının daş yaddaşına çöknəyən ayaq izlərini tanıyıram.

Vaqaif Bayatlı Odər

Bəlkə həmin inam idi məni o vaxt ora aparan.Daşa olan inam.Bəlkə də daşın yaddaşına. Həmin an o yaddaş birotaqlı ev oldu mənimçün. Hər-halda şairlə rastlaşsaydım belə ondan sığınacaq istəməyəcəkdim. Axı heç ehtiyacım da yoxuydu. Qaydasındaydı hər şey.

O gün ömrüm boyu dərk edə bilməyəcəyim həqiqəti anladım – torpağı sevmək üçün yıxılmaq gərəkdi. Torpağa dayaqlanıb qalxdıqda inanırsan ona.Həm də Allahı məscid divarları arasında yaxşı tanımaq olmur axı...

Vaqif Bayatlı Odər həmişə mənimçün mücərrəd varlıq kimi qalacaq. Onunla bu yaxınlarda görüşərkən – Vaqif müəllim, sizin əlinizi sıxanda hisslərimə inanmadım, elə bilirdim əlim boşa keçəcək, amma, toxundu.

Sizi konkret vücud olaraq qəbul edə bilmirəm, mücərrəd bilmişəm həmişə - deyəndə,sol əlini sağ çiynimə yüngülcə toxundurub – “düz deyirsən,mən elə mücərrədəm, Şəhriyar” – deyib gülümsədi.

Onu Yazıçılar Birliyində heç vaxt görməmişəm. Ancaq bütün məqamlarda mənə elə gəlib ki, AYB-də hərə bir az Vaqif Bayatlıdı.

O, qalın qaşlarıyla, dağınıq saçlarıyla, əyri-üyrü yerişi, şeirinin musiqisi, səsinin ahəngi, hətta göy cins şalvarının ətəyində işıldayan qırmızı boyayla sintaktik münasibətdə şairdi.

O, nə millət vəkili olub,nə də nazir müavini.O,sadəcə yol olub, yol...Ondan keçib sədr də olmaq olar,deputat da, nazir də.

O, həm də “YER” adamıdı, dünya sakinidi, ədbiyyatdı. Məsələn, İspan Vaqif Bayatlısı, Amerika Vaqif Bayatlısı v.s.

Bizdəsə belə: Azərbaycan Vaqif Bayatlısının görkəmli nümayəndəsi Ramiz Rövşən.Yaxud Elçin,Anar,Çingiz Abdullayev v.i

İndi qonşu uşaqlarını başıma yığıb söhbətləşirəm. Hərəsi bir şeir oxuyur.Mənsə sual verirəm:

- Azərbaycan Ədəbiyyatının paytaxtı kimdi?

Hamı bir ağızdan:

- ............\

Bəlkə elə şairləri yox, bu uşaqları güllələmək lazımdı Vaqif müəllim. Hə? Nə deyirsiz?

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG