Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:21

Misirdə parlament seçkisi təxirə salına bilər


Misirin baş naziri Essam Şharaf bu ilin sentyabrına nəzərdə tutulmuş parlament seçkisinin təxirə salınmasının mümkünlüyünü istisna eləmir.

Nazirin sözlərinə görə seçkinin təxirə salınması namizədlərini vermək istəyən bütün siyasi qüvvələrin möhkəmlənməsinə səbəb ola bilər.

Bir sıra partiyalar hesab edir ki, seçkinin sentyabrda keçirilməsindən yalnız ölkədə ən çox təşkilatlanmış siyasi birlik hesab olunan “Müsəlman Qardaşları “ hərəkatı faydalana bilər.

Yeni parlament keçmiş prezident Hosni Mubarakın istefasından sonra yeni konstitusiya hazırlamalıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG