Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 19:01

Yol qovşağındakı xaosun görüntüləri (VİDEO)


3-Way Street from ronconcocacola on Vimeo.


Xəbərdarlıq: Bu video sizi elə qorxuda bilər ki, evdən küçəyə ayaq basmağa cürətiniz çatmaz.

Ron Gabriel, “3 tərəfli hərəkət küçəsi” videosunun müəllifi öz əzərini məhz belə təqdim edir.

Hündür binanın başında quraşdırdığı videokameradan R.Gabriel Nyu Yorkda, Manhettendəki Park Avenue ilə 28-ci küçənin kəsişməsində yol hərəkətini sizə göstərir.

Quş uçuşu hündürlüyündən yol şəbəkəsinə baxanda qarşında açılan mənzərəyə xaosdan başqa ad vermək çətindir: piyadalar, velosipedçilər və sürücülər – hamısı sanki yol qaydalarını pozmaqda bir-birilə yarışa çıxıblar.

Piyadalar az qalır velosoped və maşınların altına girsin. Maşınlar qırmızı işıqda dayanmır, yük maşını yol kəsişməsində 180 dərəcə geri dönür. Velosipedçilər yol hərəkəti qaydalarına tabe olmaqdan başqa nələr törətmir?

Ron Gabriel bloqunda yazır ki, “3 tərəfli hərəkətin” əsas məqsədi yol mədəniyyətinin necə bir bərbad vəziyyətdə olmasına diqqət çəkməkdir.

Əslində statistika da videoqrafın tərəfindədir: Nyu Yorkun ağır yol qəzalarının 74 faizi məhz yol qovşaqlarında baş verir.
XS
SM
MD
LG