Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:44

Lüksemburqda Yunanıstandakı iqtisadi böhran müzakirə olunur


Avro zonasına daxil olan ölkələrin maliyyə nazirləri bazar günü Lüksemburqda Yunanıstandakı iqtisadi vəziyyəti müzakirə edirlər.

Söhbət maliyyə böhranıyla üzləşmiş Yunanıstana növbəti yardım paketinin ayrılmasından gedir.

Fransa prezidenti Nikole Sarkozy ilə Almaniyanın kansleri Angela Mekel avronun sabitliyini qorumaq üçün Yunanıstana maliyyə yardımını daqvam etdirməyə çağırıblar.

Yunanıstan parlamenti hökumətin təklif etdiyi kəskin iqtisadi tədbirlər planının müzakirəsinə başlayıb.

Planda xüsusilə vergilərin artırılması və dövlət sektorunda iş yerlərinin xeyli ixtisarı nəzərdə tutulur.

Buna etiraz olaraq bu həftə Afinada 1 günlük ümummilli tətil və kütləvi nümayiş keçirildi.

Günün bütün mövzuları

XS
SM
MD
LG