Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:57

Liviya rəsmiləri Tripolidə 7 dinc sakinin öldüyünü deyirlər


Liviya hakimiyyəti bazar gününə keçən gecə paytaxt Tripolinin bombalanması nəticəsində azı 7 dinc sakinin öldüyünü deyir.

Həmçinin hadisə yerinə götürülmüş xarici jurnalistlər şəhər ətrafında azı 1 yaşayış evinin dağıdıldığını xəbər verirlər.

NATO komandanlığı bundan əvvəl, cümə axşamı Breqa şəhəri ətrafında üsyançılara məxsus hərbi maşın karvanının səhvən bombalandığını bildirmişdi.

Ərəb Liqası dövlətləri, Avropa Birliyi, BMT və Afrika Birliyinin nümayəndələri Qahirədə Liviyadakı vəziyyəti müzakirə ediblər.

Görüşə videokonfransla qatılan BMT-nin baş katibi Ban Ki Moon münaqişənin siyasi yolla həllinin vacibliyini qeyd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG