Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:37

Taliban Əfqanıstanın şimalında terror aktı törədib


Taliban Əfqanıstanın şimalında 3 dinc sakinin ölümü, 11 nəfərinsə yaralanmasıyla nəticələnmiş partlayışa görə cavadehliyi üzərinə götürüb.

Bu barədə Associated Press agentliyi talibançıların sözçüsü Zabiullah Mujadidə istinadla xəbər verir.

Hədəf Almaniya əsgərlərini aparan hərbi maşın karvanı olub.

Partlayışı Kunduz şəhərinin ətrafında maşında olan intiharçı törədib.

NATO əsgərlərinə xəsarət dəyməyib.

Dünən isə Əfqanıstanda 8 koalisiya əsgəri öldürülüb.
XS
SM
MD
LG