Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:50

Lerik rayonunda 5 kəndə təbii qaz verilib


Arxiv foto
Arxiv foto
Lerik qəsəbəsinə yaxın olan Lüləkəran, Osnaküçə, Biləbani, Pirzəküçə, Cəngəmiran kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib. Kəndləri qazla təmin etmək üçün 29 kilometr uzunluqda poletilen qaz borusu çəkilib. Evlərdə sayğac da quraşdırılıb.

Lerik qəsəbəsinə isə təbii qaz ilk dəfə 2008-ci ildə verilib. Masallının Tüklə kəndindən Lerikə çəkilən qaz xəttinin məsafəsi 40 kilometrə çatır. Smeta dəyəri 11 milyon 500 min manat olan xətt dəniz səviyyəsindən 1200-1500 metr hündürlükdən keçir.

Lerik rayonuda isə 57 kənd var. Lerik sakinlərinin deməsinə görə 3 ildə 5 kəndə qaz verilibsə rayonu qazla tam yəmin etmək üçün 25-30 il lazım olcaq. Təbii qaz çəkilməyən kəndlərdə qışı keçirtmək üçün odundan istifadə olunur.
XS
SM
MD
LG