Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:47

Britaniya vətəndaşlarını təcili Suriyanı tərk etməyə çağırıb


Böyük Britaniya vətəndaşlarını hələlik mövcud olan kommersiya reyslərilə təcili Suriyanı tərk etməyə çağırıb.

Britaniyanın Xarici İşlər Nazirliyi xəbərdarlıq edir ki, əgər ölkədə zorakılıqlar artsa,

Dəməşqdəki səfirlik britaniyalıları bu ölkədən çıxarmaqda çətinlik çəkə bilər.

Məlumatlara görə Suriya hakimiyyəti şənbə günü Türkiyə sərhəddinin yaxınlığındakı Bdama şəhərinə ordu və hərbi texnika yeridib.

Hüquq müdafiəçiləri bir neçə evin yandırıldığını və azı 70 nəfərin həbs olunduğunu xəbər verirlər.

Son günlər Suriyadan Türkiyəyə 1000-dən çox qaçqın keçib.

Hüquq müdafiəçiləri martın ortalarından bu yana ölkədə 1400-dən çox adamın öldürüldüyünü deyirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG