Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 15:21

Fukushima Daichi stansiyasında radiaktiv suyun təmizlənməsi dayandırılıb


Yaponiyanın iqtisadiyyat naziri Banri Kaida ölkədəki nüvə reaktorlarının bərpasının vacibliyini deyib.

Martın 11-də Yaponiyada baş vermiş güclü zəlzələ və sunamidən sonra ölkədəki nüvə reaktorlarının fəaliyyəti dayandırılıb.

Hazırda ölkədəki 54 reaktordan cəmi 17-si işləyir.

Qalan reaktorlar isə əlavə yoxlama və təmirə görə dayandırılıb.

Bundan bir qədər əvvəl Fukushimo Daichi stansiyasında radiaktiv suyun təmizlənməsi prosesi dayandırılıb.

Buna səbəb təmizləmə avadanlığında radiasiyanın səviyyəsinin qəflətən qalxması olub.

Mütəxəssislər çirklənmiş suyun dənizə sızmasından ehtiyat edirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG