Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:02

Talibanla danışıqlara ABŞ-da qoşulub


Birləşmiş Ştatlar və digər ölkələr Əfqanıstanda sülhə nail olmaq üçün Talibanla danışıqlara qoşulublar.

Bunu Əfqanıstan prezidenti Həmid Kərzai bu gün Kabildə keçirdiyi mətbuat konfransında deyib.

Kərzəi bundan əvvəl Əfqanıstan hökumətilə Taliban arasında ilkin danışıqlar getdiyini bildirirdi.

Amma bu gün ilk dəfə olaraq Birləşmiş Ştatların da danışıqlara qoşulduğunu deyib.

Birləşmiş Ştatların müdafi naziri Robert Gates bundan əvvəl ilin sonunadək talibançılarla danışıqlara başlanmasının mümkünlüyünü istisna etməmişdi.

ABŞ iyulda Əfqanıstandakı qüvvələrinin çıxarılmasına başlamaq fikrindədir.
Proses 2014-cü ildə başa çatmalıdır.

Əfqanıstanın təhlükəsizlik qüvvələri bu müddət ərzində ölkəyə nəzarəti üzərinə götürməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG