Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:29

Bashar Assad xalqın istəyini dayandıra bilməyəcək


Suriyada prezident Bashar Assad rejiminin müxalifətə qarşı repressiyaları xalqın ölkədə dəyişiklik istəyini dayandıra bilməyəcək.

Bunu ABŞ dövlət katibi Hillary Clinton Londonda çıxan ərəb qəzetinə müsahibəsində bildirib.

Müsashibədə qeyd olunur ki, prezident Bashar Assad ölkədə başlanmış dəyişikliyin qarşısını almaq iqtidarında deyil və onun etirazçılara qarşı güc tətbiq etməsi prosesi yalnız ləngidə bilər.

Hillary Clinton yazıda qeyd edir ki, Bashar Assad hərəkətlərilə özü haqda yaratmağa çalışdığı islahatçı imicini artıq dağıdıb.
XS
SM
MD
LG