Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:37

Mərakeş kralı konstitusiyaya düzəlişlər təklif edib


Mərakeş kralı ölkə konstitusiyasına əlavə və düzəlişlər edilməsini nəzərdə tutan islahatlar planı təklif edib.

Kral Mohammed cümə günü xalqa müraciətində bildirib ki, islahatlar daha çox azadlıq və güclü parlament sistemi istəyən Mərakeş xalqının arzusuna cavab olaraq keçirilir.

Amma kral silahlı qüvvələr və təhlükəsizlik şurasının rəhbəri olaraq qalacaq.

Məlumatlara görə müxalifətdə olan demokratik “20 Fevral” hərəkatının fəalları bu düzəlişlərin çoxunu rədd ediblər.

Müxalifət bunu kosmetik dəyişiklik hesab edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG