Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:14

Asiya İnkişaf Bankının missiyası Azərbaycana gəlir


İyunun 20-də Asiya İnkişaf Bankının (AİB) missiyası bankın maliyyələşdirdiyi Masallı-Astara yolunun tikintisinin hazırkı vəziyyətini qiymətləndirmək üçün Azərbaycana gələcək.

Missiya Nəqliyyat və Maliyyə nazirliklərinin rəsmiləri, «Azəryolservis»in nümayəndələri ilə görüşəcək.

İyunun 23-də isə Gəncə şəhərinin yanından keçən dolama yolun tikintisini nəzərdən keçirəcək.

Asiya İnkişaf Bankı ilə Azərbaycan hökuməti arasında razılaşmaya əsasən, bank Gəncə yaxınlığından keçən ikizolaqlı 39 kilometrlik yolun bərpası üçün 55.4 milyon ABŞ dolları ayırıb. Yol layihəsi Bakını Gürcüstan sərhədi ilə birləşdirən Şərq-Qərb magistralının tərkib hissəsidir.

Tikinti işlərinə 2009-cu ilin avqustunda başlanıb.
XS
SM
MD
LG