Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:39

Azərbaycanda İnsan Hüquqları Günü, oliqarxları üçün viza təhlükəsi və...


Mətbuat icmalı

Mətbuat icmalı

18 İYUN AZƏRBAYCANDA İNSAN HÜQUQLARI GÜNÜDÜR

«1998-ci ilin iyun ayının 18-də Ümummilli liderimiz Heydər Əliyev tərəfindən imzalanmış Sərəncamla ölkəmizdə «İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı» təsdiq edilib», - deyə «Yeni Azərbaycan» qəzeti yazır.

«Ekspertlər bu qənaətdədir ki, Azərbaycan insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin olunduğu, həmçinin, müdafiə edildiyi demokratik ölkələrdəndir... Həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən həyata keçirilən təqdirəlayiq humanizm siyasəti ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində çox ciddi nailiyyətlərin əldə olunmasına şərtləndirib…».

BAYILDA XƏSTƏXANANI SÖKÜB YERİNDƏ OTEL TİKİRLƏR

«Bizim Yol» qəzeti yazır ki, bir neçə ildir sürüşmə zonası kimi tanınan Bayıl qəsəbəsi artıq tikinti maqnatlarının diqqətini çəkməyə başlayıb. Belə ki, Bayılda «Bayraq meydanı»nın tikintisi əraziyə daha çox diqqət çəkib:

«Uzun müddətdir söküləcəyi barədə söhbətlər dolaşan obyektlərin artıq uçurulmasına başlanıb. Bunlardan biri də Bayıl qəsəbəsindəki 203 saylı orta məktəbin yaxınlığında yerləşən Göz Xəstəxanasıdır. Bu xəstəxananın şöhrəti Azərbaycanda çox yüksək idi. Lakin son vaxtlar bura diqqət azaldı, təmir olunmadı və bununla da xəstəxananın taleyi həll olundu…

Söküntü başlayanda, deyirdilər ki, təkcə xəstəxananı sökürük. Amma sonradan məktəbin stadionunun da yarısın sökdülər. İndi stadion yox kimi bir şeydir. Amma xəstəxananı sökənlər deyir ki, burada otel tikiləcək, bir neçə mərtəbəli nəsə olacaq, tikinti başa çatandan sonra məktəbin stadionu da bərpa olunacaq...».

«VİZA REJİMİNİN LƏĞVİ OLİQARXLARA TƏHLÜKƏDİR»

«Azərbaycan növbə ilə dünya ölkələri ilə viza rejimini ləğv edir. Son olaraq ölkəmizlə Albaniya arasında viza rejiminin ləğvinə dair saziş imzalanıb. Amma hələ də qardaş ölkə dediyimiz Türkiyəyə növbə gəlib çatmayıb. Baxmayaraq ki, Baş nazir Rəcəb Tayyib Ərdoğandan tutmuş Ticarət naziri Zəfər Çağlayana qədər Türkiyənin az qala, bütün yetkililəri Azərbaycan hökumətinə açıq narazılıq bildiriblər».

«Azadlıq» qəzeti qeyd edir ki, viza rejiminin ləğvi oliqarxlara təhlükə yaradır:

«Bilirlər ki, viza rejimi ləğv olunsa, siyasi baxımdan Türkiyənin Azərbaycana təsirləri artacaq. Bundan başqa, Türkiyə kapitalı Azərbaycana axın edəcək. Bu da azərbaycanlı oliqarxlar üçün böyük təhlükədir. Türkiyənin malları həm keyfiyyətli, həm də ucuzdur. Hakimiyyət bütün bu amilləri görür və çəkinir. Buna görə viza məsələsini uzadırlar…».
XS
SM
MD
LG