Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 06:23

Suriyada etiraz aksiyalarında azı 16 nəfər həlak olub


Suriya ordusu ölkənin şəriqndəki Deir el-Zour əyalətinə yeridilib, 14 iyun 2011

Suriya ordusu ölkənin şəriqndəki Deir el-Zour əyalətinə yeridilib, 14 iyun 2011


İyunun 17-də cümə namazından sonra Suriyanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib. Təhlkəsizlik qüvvələrinin etirazçılara atəş açması nəticəsində azı 16 nəfər həlak olub.

Şahidlər Homs, Banias, Deir el-Zour, Dael və paytaxt yaxınlığında etirazlar olduğunu bildirirlər.

Kütləvi aksiyaların qarşısını almaq üçün cümə günü ölkənin şimalındakı Maarat al-Numan və Khan Sheikhoun şəhərlərinə Suriya ordusunun qoşunları yeridilib.

Ordu gücü ilə yanaşı Suriya rəhbərliyi siyasi addımlar da atmağa cəhd edir. İyunun 16-da Suriyada ən böyük biznes sahələrinin sahibi kimi tanınan prezident Bashar al-Assad-ın yaxın qohumu da iş dünyasından çəkildiyini elan edib.

Suriyada bu ilin martından bəri prezident Bashar al-Assadın rejiminə qarşı etiraz aksiyalarına polisin müdaxiləsi ilə çox sayda adam həlak olub.

Bunlara da nəzərə salın:
ƏRƏB ÜSYANLARI

Günün bütün mövzuları

XS
SM
MD
LG