Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:37

Gənclər üçün Almaniyada dil öyrənmək imkanı


Gənclər üçün Təhsil Mərkəzi və Almaniyada fəaliyyət göstərən Danışıq və Tərcümə Mərkəzi (SÜZ - Sprachen und Übersetzungs Zentrum) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Memoranduma əsasən Gənclər üçün Təhsil Mərkəzi Azərbaycandan tələbə və gənclərin Almaniyada xarici dil kurslarında iştirakını təmin edəcək.

Mərkəzdən verilən məlumata görə, tələbə və gənclər çox az miqdarda ödəniş həyata keçirməklə həm qısa, həm də uzun müddətli kurslarda iştirak edə bilərlər. Yekun imtahanda müvəffəqiyyət qazanan tələbəyə Almaniya Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş diplom da təqdim ediləcək.
XS
SM
MD
LG