Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 15:00

Suriya ordusu Maarat al-Numan şəhərinə daxil olub


Hökumət əleyhinə nümayişləri aradan qaldırmağa can atan Suriya hökumətinin ordusu ilə zirehlilər ölkənin şimalındakı Maarat al-Numan şəhərinə daxil olub.

Hələ ki, əməliyyat zamanı ölən və yaralanlar barədə məlumat yoxdur. Şəhərin bir çox sakini əməliyyatdan əvvəl evlərini tərk ediblər.

Suriya ordusu Maarat al-Numandan cənubda Khan Sheikhoun şəhərinə də daxil olub.

Bu arada bu gün cümə namazından sonra prezident Bashar al-Assad rejiminə qarşı etiraz aksiyalarının keçirildiyi barədə məlumat var.

Günün bütün mövzuları

XS
SM
MD
LG