Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:58
16 yaşlı Nigar şikayətlənir ki, ailədə valideynləri onu başa düşmür. Elə buna görə də günün birində evdən qaçır.

“Məni ailədə başa düşmədikləri üçün skandal yaranır. Valideynlərim geyimimlə, fikirlərimlə razılaşmırlar. Bu münaqişələr mənim evdən qaçmağıma səbəb olub. Rəfiqələrimgildə qalırdım, diskoteka-klubda bir dəfə qalmışam”.

Nigar iş tapmaq arzusuyla Azərbaycan Uşaqlar Birliyinə gəlib. Burdakı atmosferlə tanış olandan sonra evlərinə qayıtmaq fikrindən vaz keçir və burda yaşamağa başlayır. Nigar deyir ki, valideynləri onun istəklərinə qarşı çıxır:

“HƏR ŞEYƏ “OLMAZ” DEYİRDİLƏR”

“Anam deyirdi ki, sən ailə qurana kimi mənim dediyim ilə oturub-durmalısan. Amma mən bu sözlərlə razılaşmırdım. Hər şeyə “Olmaz” deyirdilər. “Qonşular pis baxır” “Səni alan olmayacaq” kimi arqumentlər göstərirdilər. Bu isə məni qane etmirdi.”

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyir ki, onun rəhbərlik etdiyi mərkəzə uşaqlar müxtəlif problemlərlə üz tuturlar. 2010-cu ildə Uşaqlar Birliyi 86 uşağa müvəqqəti sığınacaq verib:

UŞAQLAR VALİDEYNLƏRƏ NİYƏ ETİRAZ EDİR?

“Bu yaşda qızın qısa geyinməsi, gözünə karandaş çəkməsi özünü təsdiq eləmə faktorudur. O, artıq içində üsyan edir. Kiçik yaşlarında nə olub ki, indi müharibə elan edərək valideynlərinə protest edir. Diskotekaya getmək, açıq-saçıq geymək ən sonuncu mərhələdə baş verən şeylərdi. Onun əvvəlini axtarmaq lazımdır. Bir çox valideynlər “olmaz” ilə kifayətlənir. “Olmaz”ın nəticəsi uşağın həyatında problemlər yaradır”.

Uşağa niyə “olmaz” demək olmaz?

Uşaqlar insan alverinin qurbanına necə çevrilirlər?

“14-24”-ü dinləyin, suallarınıza cavab tapın.



Sayta hazırladı: Gülnar Axundova

Şərhləri göstər

XS
SM
MD
LG